İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bazarstore”un dəstəyi ilə jurnalistlər üçün “COP29 və media” təlimi keçirilib

Bazarstore marketlər şəbəkəsinin dəstəyi, Azərbaycan Jurnalistlər Şəbəkəsinin təşkilatçılığı ilə media nümayəndələri üçün "COP29 və Media” təlimi baş tutub.

Yaxın günlərdə ölkəmizdə keçiriləcək dünya əhəmiyyətli, beynəlxalq layihənin işıqlandırılmasında medianın rolunun böyük olduğu qeyd olunub.

Keçirilən təlimdə ekoloji problemlər, dünyanın yaşadığı iqlim böhranı müzakirə edilib.

Eyni zamanda bu istiqamətdə materialların hazırlanmasında jurnalistlərə lazım olan informasiyaların mahiyyətindən danışılıb.

Həmçinin ətraf mühitin qorunmasında dövlət və özəl qurumların üzərinə düşən öhdəliklərdən, həyata keçirilən korporativ sosial məsuliyyət layihələrinin əhəmiyyətindən söhbət açılıb.

Təlimin sonunda iştirakçılara onlayn sertifikat, yaşıl və sağlam dünyanın simvolu kimi dibçəkdə gül hədiyyə olunub.

Qeyd edək ki, Bazarstore daim ekoloji layihələrə öz dəstəyini göstərib.

Müxtəlif dövrlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə "Bir ağac- min nəfəs”, "Tullantıları tinglərə dəyiş” layihələrinin reallaşmasında yaxından iştirak edib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR