İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayramla əlaqədar müavinət, təqaüd, ünvanlı yardımlar vaxtından əvvəl ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Ramazan bayramı ilə əlaqədar aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları qrafikdən əvvəl olmaqla bu gün tam ödənilib.

Nazirlikdən Musavat.com-a bildirilib ki, aprelin 7-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, aprelin 14-də ölkənin digər bölgələri üzrə, habelə qulluq stajına görə əlavələr alan pensiyaçıların aprel ayının pensiya ödənişləri həyata keçirilib.

Beləliklə, bu ayın bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi bayram ərəfəsində yekunlaşdırılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR