İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayram günü 10 yerdə ağac aşdı

Ötən gün axşamdan əsən küləklə əlaqədar paytaxtda 10 ünvanda ağac aşıb, iki ünvanda isə iri budağın sınıb düşməsi halı baş verib.

Musavat.com xəbər verir ki, bu barədə Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat yayıb.

Məlumatda qeyd edilib ki, baş verən hadisələr əsasən Nərimanov, Yasamal, Nizami rayonlarında qeydə alınıb:

"Aşan ağaclar qovaq ağaclarıdır. Onların aşma səbəbi güclü küləyin əsməsi və yaşlarının həddindən artıq çox olmasıdır".

Ağacların aşması və iri budaqların sınaraq düşməsi hər hansı bir fəsad törətməyib:

"Bundan əlavə Birliyin əməkdaşları paytaxtın bütün rayonlarında növbətçilik əsasında fəaliyyət göstərirlər. Davam edən küləkli hava şəraiti ilə bağlı bundan sonra da hər hansı hadisə baş verərsə ağacların və budaqların götürülməsi operativ şəkildə həyata keçiriləcək".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Mart 2025

21 Mart 2025

BÜTÜN XƏBƏRLƏR