Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, ölkəmizdə 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Bayram günləri ilə əlaqədar olaraq “Azərpoçt” MMC 8, 9, 10, 11, 12 və 13 noyabr tarixlərində əhalinin poçt, maliyyə və digər kargo xidmətlərindən rahat və səmərəli istifadə etməsini təmin etmək məqsədilə xüsusi rejimdə fəaliyyət göstərəcək.
“Azərpoçt” MMC Musavat.com-un sorğusuna cavab olaraq bayram günlərində fəaliyyət göstərəcək filial və şöbələrin siyahısını və iş qrafikini təqdim edib:
1 saylı poçt filialının AZ1000 indeksli poçt şöbəsi; 09:00-18:00
2 saylı poçt filialının AZ1063 indeksli poçt şöbəsi; 10:00-17:00
2 saylı poçt filialının AZ1124, AZ1138, AZ1144 indeksli poçt şöbələri; 09:00-17:00
3 saylı poçt filialının AZ1002, AZ1040 indeksli poçt şöbələri; 10:00-17:00
4 saylı poçt filialının AZ1044 indeksli poçt şöbəsi 09:00-17:00-a kimi fəaliyyət göstərəcək.
O ki qaldı regionlarda yerləşən Müştəri Xidməti Şöbələrininin fəaliyyətinə, qeyd edilib ki, iş saatı 10:00-dan 17:00-ə kimi olacaq:
"Qeyd edək ki, İstehsalat zərurətilə əlaqədar olaraq 1 saylı poçt filialının AZ1066 və AZ1152 indeksli poçt şöbələri adi iş rejiminə uyğun işləyəcək.
Eyni zamanda 2 saylı poçt filialının AZ1017, 3 saylı poçt filialının AZ1047, AZ1104, AZ1123, AZ1133, 4 saylı poçt filialının AZ1039 indeksli poçt şöbələrində təhvil məntəqələri də (PUDO) fəaliyyət göstərəcək.
Adi günlərdə olduğu kimi, bayram günlərində də əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də, pulköçürmə və kommunal xidmətlər üzrə ödənişlər təmin ediləcək".
Nigar HƏSƏNLİ,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ