İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bayraktar TB3” ilk dəfə TEKNOFEST-də sərgilənəcək

“Bayraktar TB3” ilk dəfə TEKNOFEST-də sərgilənəcək.

Musavat.com xəbər verir ki, bu barədə “Baykar” şirkəti məlumat yayıb.
“Bayraktar TB3” Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə 27 aprel - 1 may tarixləri arasında İstanbul Atatürk Hava Limanında keçiriləcək TEKNOFEST 2023 sərgisində ilk dəfə ictimaiyyətə nümayiş etdiriləcək.

Baykar tərəfindən hazırlanan “Bayraktar TB3”, qatlana bilən qanad quruluşu ilə “TCG Anadolu” kimi qısa uçuş-enmə zolağı gəmilərindən qalxıb-enmə qabiliyyətinə malik dünyada ilk silahlı pilotsuz uçuş aparatı olacaq.

“Bayraktar TB3”ün bir üstünlüyü də odur ki, o, çox uzaq məsafələrdən idarə oluna bilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR