Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Co Baydenin oğlu Hanter 2016-cı ildə idarə heyətinin üzvü olduğu Ukraynanın enerji şirkəti “Burisma Holdings”ə kömək üçün ABŞ-ın İtaliyadakı səfirinə müraciət edib.
Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti Amerika Dövlət Departamentinin sənədlərinə istinadən yazır.
Nəşr qeyd edir ki, Hanter Amerika səfirinə ən azı bir məktub yazıb, İtaliyanın Toskana bölgəsində “Burisma”nın gəlirli “geotermal layihəsi”nə köməklik istəyib. Baydenin oğlu Toskana rəhbəri ilə Ukrayna şirkətinin nümayəndəsi arasında görüş təşkil etmək üçün yardım xahiş edib.
Qəzetin yazdığına görə, ABŞ-ın İtaliyadakı missiyası Hanter Baydenin hansısa xarici şirkətin maraqlarından çıxış etdiyinə görə çaşqın vəziyyətə düşüb və ona cavab verib ki, Ticarət Nazirliyinin icazəsi olmadan İtaliya hökuməti ilə qarşılıqlı əlaqədə ola bilməz. Hanterin vəkili “The New York Times” qəzetinə bildirib ki, müvəkkilinin İtaliyadakı ABŞ nümayəndəliyinə müraciəti nəticə verməyib, onun tələb etdiyi görüş təşkil olunmayıb, layihə həyata keçirilməyib.
Qeyd edək ki, Hanter Baydenin ABŞ-də vitse-prezident postu tutan atasının ad və imkanlarından istifadə edərək şəxsi varidatını artırmaq üçün yararlanması ilə bağlı bir neçə qalmaqallı məsələ var.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ