İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydenin müşaviri nüvə müharibəsi riski ilə bağlı Rusiya ilə təmasların olduğunu bildirib

Vaşinqton yaxın keçmişdə nüvə silahından istifadə risklərini azaltmaq və mümkün nəticələr barədə xəbərdarlıq etmək üçün Moskva ilə təmasda olub.

Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib.

“Rusiya ilə nüvə silahından istifadə riskini azaltmaq, habelə ondan mümkün istifadənin nəticələrini [Moskvaya] çatdırmaq məqsədilə yüksək səviyyəli əlaqələr qurmaq imkanımız var idi. Biz onları qorumaq üçün bu əlaqələrin hansı kanallarla edildiyini açıqlamadıq”, - siyasətçi vurğulayıb.

Beləliklə, C.Sallivan son aylarda Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə konfidensial danışıqlar apardığını iddia edən “The Wall Street Journal” nəşrinə münasibət bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR