İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydenin hesablarını sındıran gəncin AQİBƏTİ BƏLLİ OLDU - FOTO

İspaniya Ali Məhkəməsi keçmiş ABŞ prezidenti Barak Obama və hazırkı dövlət başçısı Co Bayden və bir neçə tanınmış şəxsin Twitter hesablarını sındırmaqda şübhəli bilinən Britaniya vətəndaşı, 22 yaşlı Cozef Ceyms O'Konnorun ABŞ-a ekstradisiyasına qərar verib.

Musavat.com bu barədə "Reuters"ə istinadən xəbər verir.

Cozef Ceyms O'Konnorun vəkili İnmaculada Garcia Lopez İspaniyanın Ali Məhkəməsində keçirilən prosesdə ekstradisiyaya qarşı olduğunu və bütün ittihamların əsassız olduğunu deyib.

Qeyd edək ki, 2020-ci ilin iyulunda Twitter-ə hücum zamanı Demokratlar Partiyasından prezidentliyə namizəd Bayden və "Tesla"nın baş direktoru İlon Maskın hesabları da daxil olmaqla müxtəlif təsdiqlənmiş hesablar ələ keçirilib. Keçmiş prezident Barak Obama, erməni realiti-şou ulduzu Kim Kardaşyan, milyarder Bill Qeyts, Uorren Baffet, Benyamin Netanyahu, Ceff Bezos, Maykl Blumberq və Kayn Uestin hesabları da vurulub.

Ali Məhkəmə ABŞ Ədliyyə Departamentinin təqdim etdiyi məlumatlara əsasən, O'Konnor haqqında həbs qərarı verib.

Cozef Ceyms O'Konnorun anası Sandra O'Connor oğlunun sağlamlıq vəziyyətini əsas gətirərək buraxılmasını tələb edib, lakin məhkəmə bu tələbi rədd edib.

2UAGDE35ENOOZAOONDQOA5NKVI.jpg (118 KB)

WhatsApp Image 2023-02-17 at 17.55.14.jpeg (59 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR