İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydenin dayısını kimlər yeyib? – Yeni Qvineya köhnə ittihamı təhqir sayır

Papua-Yeni Qvineyanın baş naziri Ceyms Marape ABŞ prezidenti Co Baydeni tənqid edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, buna səbəb Baydenin vaxtilə Yeni Qvineyada baş verəni təyyarə qəzasından sonra pilot olan dayısının adamyeyənlər tərəfindən yeyildiyini iddia etməsidir.

“Prezident Baydenin sözləri dil sürüşməsi ola bilər. Mənim ölkəm belə adlandırılmağa layiq deyil”, - deyə siyasətçi bu cür ittihamları rədd edib.

Xatırladaq ki, Amerika lideri bir müddət əvvəl Yeni Qvineyada təyyarə qəzası nəticəsində ölən dayısı Ambrose Finneqanın cəsədinin adamyeyənlərə görə tapılmadığını bildirib. Bununla belə, Baydenin versiyası ABŞ Müdafiə Nazirliyinin rəsmi qənaətlərindən fərqlənir. Pentaqonun rəyinə görə, kuryer uçuşu həyata keçirən təyyarə “suya təcili eniş etmək məcburiyyətində qalıb”.

Amma yenə də pilotun cəsədinin hara yoxa çıxdığı barədə dəqiq məlumaat yoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR