İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydeni cinsi qısnamda ittiham edən qadın Rusiyaya qaçıb - FOTO)

ABŞ prezidenti Co Baydeni cinsi qısnamda ittiham edən Senatın keçmiş əməkdaşı Tara Rid Rusiyaya qaçdıb.

Azpost.info xəbər verir ki, o, Moskvada dövlət mediasına mətbuat konfransı keçirərək prezident Vladimir Putindən Rusiya vətəndaşlığını istəmək niyyətində olduğunu açıqlayıb.

“Ümid edirəm ki, burada təhlükəsiz yaşayacağam. Məni qucaq açıb qarşılayan Rusiyadakı dostlarıma çox minnətdaram. Mən Moskvanı bəyənirəm, burada özümü evimdəki kimi hiss edirəm”, – Rid deyib.

O əlavə edib ki, Baydenə qarşı iddialarını təkrarladıqdan və Konqresə and altında ifadə verməyə hazır olduğunu bəyan etdikdən sonra ölümlə hədələnib və bu səbəbdən Rusiyaya getməyə qərar verib.

Mətbuat konfransında il yarım ABŞ həbsxanasında yatmış Dövlət Dumasının deputatı Mariya Butina da iştirak edib. Əvvəlcə ABŞ onu casusluqda ittiham etdi, lakin sonra maddəni “xarici agent” kimi təsnif etdi.

Butina Ridə Rusiya vətəndaşlığının verilməsi imkanını müzakirə edəcəyini və Putindən onun xahişinə baxılmasını sürətləndirməyi xahiş edəcəyini vəd edib.

Eyni zamanda, Rid ABŞ pasportundan imtina etməyi planlaşdırmır.

2020-ci ildə Bayden Demokratlar Partiyasından namizədliyini irəli sürərkən Tara Rid bir neçə müsahibə verdi və 1993-cü ildə Bayden tərəfindən qısnamaya məruz qaldığını bildirdi. O zaman o, Baydenin Senatdakı ofisində köməkçi kimi çalışırdı.

Bayden iddiaları qətiyyətlə rədd edir. Onun ofisinin keçmiş əməkdaşları da siyasətçinin Ridə və ya digər qadınlara qarşı belə bir hadisə və ya oxşar davranışını xatırlamadıqlarını bildiriblər.

Ötən ilin dekabrında Rusiya rəsmiləri amerikalı xanımın BMT Təhlükəsizlik Şurası qarşısında çıxış etməsini istəmiş, lakin təşəbbüs həmin vaxt quruma sədrlik edən Hindistan tərəfindən rədd edilmişdi.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR