İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydenə ŞOK sui-qəsd cəhdi - Bombalarla...

ABŞ prezidenti Cozef Baydenə sui-qəsd təşkil olunub.

Musavat.com “The Belfast Telegraph”a istinadən xəbər verir ki, Şimali İrlandiya polisi Baydenin səfərindən əvvəl “New IRA”nın (Yeni İrlandiya Respublika Ordusu) "təxribatçı bomba hücumu planını" pozub.

Adı açıqlanmayan mənbə “The Belfast Telegraph”ə  bildirib ki, “New IRA”nın üzvləri hücum etmək üçün bomba hissələri axtarıblar.

Qəzetə danışan başqa bir mənbə bildirib ki, “New IRA”nın yeni lideri Tomas Mellon Baydenin səfərini göstərişli bir şəkildə gözdən salmaq istəyib.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden 2024-cü ildə yenidən prezidentliyə namizəd olacağını açıqlayıb. Bayden deyib ki, yenidən namizədliyini irəli sürməyi planlaşdırır, lakin "hələ namizədliyini elan etməyə hazır deyil".

80 yaşlı amerikalı siyasətçi hazırda ABŞ tarixinin ən yaşlı prezidenti titulunu daşıyır. Qalib gəlsə, ikinci müddətinin sonunda 86 yaşı tamam olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR