İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Ukraynaya 800 milyon dollar əlavə yardım ayırır

ABŞ prezidenti Cozef Bayden Ukraynanın müdafiəsini gücləndirmək məqsədilə yeni maliyyə yardımını elan etməyə hazırlaşır.

Novator.az-ın məlumatına görə, bunu Ağ ev açıqlayıb.

Açıqlamada yeni yardımın 800 milyon dollar həcmində olacağı bildirilir.

Ötən həftə Bayden Ukraynanın müdafiəsinə 200 milyon, ötən ay 350 milyon dollar ayırmışdı. Ötən il ərzində Baydenin Ukraynaya müdafiə sahəsində ayırdığı yardımın həcmi isə 1,2 milyard dollar təşkil edib.

Cozef Bayden 2021-ci il yanvarın 20-dən ABŞ-a rəhbərlik edir.

2022-ci il fevralın 24-dən Rusiya Ukraynada total müharibə aparır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR