Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Cozef Bayden Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək onu yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik edib.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Məlumata görə, Bayden Ərdoğanı prezident seçkilərində uğur qazanması münasibətilə təbrik edib və nəticələrin Türkiyə xalqı üçün faydalı olmasını arzulayıb.
Türkiyə-ABŞ əlaqələrinin regional və qlobal çağırışlar qarşısında daha böyük əhəmiyyət kəsb etdiyini bildirən iki lider, yeni dövrdə iki ölkə arasında bütün məsələlərdə əməkdaşlığın təkmilləşdirilməsi barədə razılığa gəliblər.\\REPORT
Musavat.com
06 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ