Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Co Bayden, yanvar ayında keçiriləcək Donald Trampın inaqurasiya mərasimində iştirak etməyi planlaşdırır.
Müsavat.com NBC News-a istinadən xəbər verir ki, Baydenin bu addımı ABŞ-da siyasi gərginliyi daha da artırıb.
Baydenin hazırkı vəziyyətdən narazı olduğu, xüsusilə onu yarı yolda qoyan və namizədliyini geri çəkməyə məcbur edən partiyasına və kampaniya boyu onu tənqid edən vitse-prezident Kamala Harrisə qarşı məyusluq yaşadığı bildirilir. Baydenin partiyası və rəhbərlik etdiyi komanda ilə yaşadığı fikir ayrılıqları, ABŞ siyasətindəki güvən böhranını daha da dərinləşdirib.
Həmçinin, Kamala Harrisin “Mənim yolum Baydendən fərqlidir” kimi açıqlamaları, onların arasındakı narazılığın açıq bir nümunəsi kimi qəbul edilir. Harris, seçki kampaniyası boyu bir neçə dəfə Baydenin siyasətini və yanaşmalarını açıq şəkildə tənqid etmiş və bu səbəbdən də ikili arasında gərginlik yaranmışdı.
Baydenin Trampın inaqurasiya mərasimində iştirakı, ABŞ siyasətində yeni bir dövrün başladığını göstərir və bu hadisə gələcək siyasi proseslərə təsir göstərə bilər. Trampın ikinci dəfə prezident seçilməsi və Baydenin buna açıq şəkildə dəstək verməsi, ABŞ siyasətində mövcud gərginliyi daha da artıracaq kimi görünür.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ