İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden onların kabusudur - ABŞ lideri KİMLƏRİ HƏDƏF ALIB?

ABŞ prezidenti Co Biden diqqətçəkən açıqlamalar verib.

Musavat.com xəbər verir ki, iqtisadi siyasətlərdən danışan Bayden son iki ildə həyata keçirilən planlar sayəsində ölkə iqtisadiyyatının yaxşılaşdığını və bunun bütün sahələrə müsbət təsir etdiyini qeyd edib. Məşğulluq rəqəmlərindəki artıma diqqət çəkən ABŞ lideri hər iki tərəfin razılığı ilə qəbul edilən infrastruktur qanununun ölkə iqtisadiyyatına töhfə verdiyini bildirib.

ABŞ yollarında qurulacaq 500 min elektrikli avtomobil şarj stansiyasının ətraf mühitə fayda verəcəyini və karbon emissiyasını azaldacağına diqqət çəkən Bayden bu layihələr sayəsində çox sayda amerikalının işlə təmin olunacağını bildirib. O, yerli istehsalı təşviq etmək üçün qanunlar qəbul etdiklərini ifadə edib, ABŞ mənşəli məhsullardan istifadənin və ölkə daxilində fabriklərin yenidən qurulmasının vacib olduğunu vurğulayıb.

Borc limiti ilə bağlı danışıqlar aparmağa hazırlaşmadığını qeyd edən Bayden respublikaçıların keçmiş və indiki iqtisadi siyasətlərini tənqid edib:

"ABŞ reseptlə satılan dərmanlara dünyanın hər hansı digər ölkəsindən daha çox pul ödəyir. Respublikaçılar Konqresdə Medicare (yoxsullar üçün sağlamlıq müavinətləri) və sosial təminat xərclərini məhdudlaşdırmaq üçün hərəkətə keçərsə, buna veto qoyacağam. Bu, Respublikaçıların arzusudur. Mən onların kabusuyam".

Bayden bildirib ki, Konqresdəki Respublikaçıların təkliflərini qəbul edərsə, 10 il ərzində mövcud borcun üzərinə əlavə 3 trilyon əlavə ediləcək.

Bundan başqa, ABŞ lideri Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə görüşündə onların iqtisadiyyat, iş yerlərinin yaradılması və xərclərin azaldılması kimi məsələlərlə bağlı qarşılıqlı təkliflərini müzakirə etməyi təklif edib. Prezident martın 9-da vergilər və xərclər haqqında yeni büdcə planını açıqlayacağını deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR