Onlayn ictimai-siyasi qəzet
Amerika prezidenti Cozef Bayden Demokratlar Partiyasının qurultayında çıxış edərək, Rusiya və ABŞ arasında avqust ayında baş tutan məhbus mübadiləsinin dünya tarixinin ən mürəkkəb aktlarından olduğunu söyləyib.
"Qeyri-qanuni həbs edilmiş amerikalıları və digər ölkələrin vətəndaşlarını Rusiyadan evə gətirmək üçün gecə-gündüz işləmək... bu, tarixin ən mürəkkəb mübadilələrindən biri idi, lakin onlar indi evdədirlər", - Bayden deyib
Xatırladaq ki, avqustun 1-də Ankara hava limanında aparılan mübadilə nəticəsində bir sıra NATO ölkələrində saxlanılaraq həbsdə olan 8 Rusiya vətəndaşı, həmçinin azyaşlı uşaqlar vətənlərinə qaytarılıb. Məhbus qatil və casusların əvəzinə Avropa və ABŞ-yə Rusiyada həbs edilmiş jurnalistlər, rusiyalı dissidentlər, həmçinin Amerikaya işlədiyi iddia olunan fəallar verilib.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ