İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden ikinci müddətə namizəd olmaq planlarını açıqladı

ABŞ Prezidenti Co Bayden “NBC News” telekanalına müsahibəsində 2024-cü ildə yenidən prezidentliyə namizədliyini irəli sürməyi planlaşdırdığını bəyan edib.

“Ancaq biz hələ bunu elan etməyə hazır deyilik”, - deyə Bayden oval ofis uğrunda mübarizənin rəsmən başlanmasına toxunaraq bildirib.

Eyni zamanda, jurnalist Baydendən konkret məlumatlar almağa çalışıb və ondan Ağ Evdə daha neçə Pasxa mərasimi keçirməyi planlaşdırdığını soruşub.

“Mən ən azı üç və ya dörd planlayıram... Bəlkə də altı, nə bilmək olar”, - deyə Bayden qeyd edib.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR