İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden GÜNDƏMDƏN düşmür - bu dəfə...

ABŞ prezidenti Co Bayden Koloradodan Vaşinqtona qayıtdığı zaman helikopterdən çıxarkən başından zərbə alıb.

Musavat.com xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.

Xatırladaq ki, dünən Hərbi Hava Qüvvələri Akademiyasının buraxılış mərasimində çıxışı zamanı Bayden 300 il əvvəl orta məktəbi bitirdiyini zarafatla dilə gətirib. O, səhnədən çıxdığı zaman qum torbasının üstündən büdrəyib və yıxılıb. Baydenin ayağa qalxmasına təhlükəsizlik xidmətinin əməkdaşları kömək edib.

Ağ Evin kommunikasiyalar üzrə direktoru Ben LaBolt ABŞ prezidentinin "yaxşı olduğunu" deyib.

Ağ Evin mətbuat katibi Karin Jan-Pyer ABŞ prezidentinin öz vəzifələrini yerinə yetirməkdə davam etdiyini söyləyib. Ağ Evin həkimi Kevin O'Konnor müayinələrdən sonra prezidentin tam qabiliyyətli olduğu rəyini verib. O, Baydeni "80 yaşlı sağlam, enerjili kişi" adlandırıb.

Qeyd edək ki, Co Baydenin 80 yaşı var. 2024-cü ildə ABŞ-da növbəti prezident seçkiləri zamanı onun 82 yaşı tamam olacaq. Yenidən qalib gəlsə və bütün səlahiyyət müddətini başa vursa, prezidentlik müddətinin sonunda 86 yaşı tamam olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR