İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden gizli sənədlərə görə istintaqa ifadə verib


ABŞ prezidenti Co Bayden vitse-prezident olduğu vaxta (2009-2017) aid məxfi sənədlərin analitik mərkəzdə və evində  saxlanması ilə bağlı aparılan istintaq çərçivəsində könüllü ifadə verib. 

Musavat.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi Ağ Ev nümayəndəsinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Bayden xüsusi prokuror Robert Hör tərəfindən aparılan istintaq çərçivəsində ifadə verib. “Röyter” vurğulayır ki, sorğu-sual iki gün ərzində aparılıb və oktyabrın 9-da başa çatıb.

Avqust ayında NBC telekanalı mənbələrə istinadən xəbər vermişdi ki, Baydenin vəkilləri bu işə görə ABŞ prezidenti ilə prokuror Hörün mümkün söhbətini müzakirə edirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR