İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden gənc seçicilərin dəstəyini itirə bilər

ABŞ prezidenti Co Bayden Amerika universitetlərində Fələstin tərəfdarı etirazlar fonunda gənc seçicilər arasında əhəmiyyətli dəstəyi itirmək riski ilə üzləşir.

Musavat.com xəbər verir ki, bu barədə bazar ertəsi “Newsweek” jurnalı məlumat yayıb.

Nəşrin yazdığına görə, Bayden Vaşinqtonun İsrailin Qəzza zolağındakı əməliyyatını dəstəklədiyiyinə görə gənc seçicilərin ciddi reaksiyası ilə üzləşib.

Eyni zamanda, jurnalın qeyd edir ki, gənc seçicilər Demokrat Partiyası üçün əsas qrupdur. 2020-ci il prezident seçkilərində 18-29 yaşlı seçicilərin təxminən 50%-i Baydenə səs verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR