İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden G7 liderləri ilə onlayn sammit keçirəcək

ABŞ prezidenti Co Bayden bu gün G7 ölkələrinin (Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya) liderləri ilə virtual görüş keçirəcək.

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski “Ukraynaya dəstək və Rusiyanın müharibəyə görə məsuliyyət daşıması üçün səylərin əlaqələndirilməsini davam etdirmək üçün” görüşdə iştirak edəcək.

“Bir il əvvəl bu qrup Rusiya tanklarının Ukraynaya daxil olmasından bir neçə saat sonra toplaşdı. G7 Rusiyaya güclü və vahid cavabımızın lövbərinə çevrildi. Liderlər Ukraynanı necə dəstəkləyəcəyimizi və Putinə və onun təcavüzünə töhfə verən hər kəsə təzyiqi artırmağa davam edəcəyimizi müzakirə edəcəklər”, - deyə Karin Jan-Pyer bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR