İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden dünya mediasının GÜNDƏMİNDƏ

ABŞ prezidenti Co Bayden özünün xarici siyasət təcrübəsini yüksək qiymətləndirib və hətta veteran diplomat Henri Kissincer də daxil olmaqla, heç kimdən geri qalmadığını bildirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, Kaliforniya ştatının Aterton şəhərində keçirilən ianə toplama mərasimində danışıb.

"Düşünürəm ki, mən Amerikanın xarici siyasəti haqqında bu gün yaşayan hər kəs, o cümlədən Kissincer qədər məlumatlıyam", - deyə Bayden bildirib.

Onun bir cümləsi qəribə olub. Belə ki, Ağ Evin rəhbəri "bütün həyatı boyu, son 207 ili" xarici siyasətdə keçirdiyini söyləyib.

Xatırladaq ki, Barak Obama dövründə vitse-prezident olmamışdan əvvəl Bayden 30 ildən çox Senatda Delaver ştatını təmsil edib və burada Xarici əlaqələr komitəsinin sədri vəzifəsində də olub.

Nobel Sülh Mükafatı laureatı Henri Kissincer 1970-ci illərdə Riçard Nikson və Cerald Fordun prezidentliyi dövründə ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri və dövlət katibi vəzifələrini icra edib. Kissincer bu yaxınlarda 100 yaşını qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR