İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayden Çinə qarşı məxfi nüvə müharibəsi planını təsdiqləyib - New York Timesin sensasion yazısı

Bayden yüksək məxfiliyə görə elektron versiyası olmadan yalnız kağız üzərində çap edilən anti-Çin nüvə proqramını təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu sensasion məlumatı New York Times yayıb. New York Timesin yazdıığına görə, Bayden mart ayında ABŞ-ın məxfi nüvə strategiyasını təsdiqləyib. Bu strategiyada ilk dəfə olaraq nüvə arsenalları artdıqca Çini kontrol altına almaq planından, habelə Pekin, Pxenyan və Moskvanın koordinasiyalı təhdidlərinə qarşı hazırlıqdan bəhs edilir.

"Ağ Ev ABŞ-ın Çin, Rusiya və Şimali Koreyadan mümkün koordinasiya edilmiş nüvə təhdidlərinə ilk dəfə hazırlıqlarını əhatə edən "Nüvə yerləşdirmələrinin təlimatları" adlı yenidən işlənmiş strategiyanın təsdiqini bəyan etməyib", - hesabatda deyilir.

Nəşrin məlumatına görə, sənəd o qədər məxfiləşdirilib ki, o rəqəmsal formada deyil, yalnız çap formasındadır, Pentaqonun azsaylı hərbi rəhbərləri və milli təhlükəsizlik rəsmiləri üçün əlçatandır. 

Yazının orijinalı BURADA

 

Musavat.com 

7b4441af-922f-4157-9b05-fe310b5cec1a.jpg (65 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR