İnsanlara hürriyət, millətlərə istiqlal!

"Baxçasaray"ın 347 minlik borcu necə yaranıb?

"Baxçasaray" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda vergi borcu yaranıb.

Musavat.com xəbər verir ki, MMC-nin bu gün üçün vergiyə 347 min manat borcu yaranıb.

MMC vergi öhdəliklərini yerinə yetirmədiyi üçün də bir neçə dəfə cərimə edilib. Belə ki, MMC-yə vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə maliyyə sanksiyası tətbiq edilib.

Nizamnamə kapitalı 100 manat olan MMC-nin təsisçisi Əlizadə Azər Afət oğludur.

Qeyd edək ki, MMC 2007-ci ildə yaradılıb. Şirkət Niderland, İtaliyadan və digər xarici ölkələrdən gətirilən bitki və dibçəklərin satışını, landşaft dizaynı, fitodizayn və floristika, toy, ad günləri kimi müxtəlif növ tədbirləri təşkil edir. Şirkətin "Lalələr" adlı gül salonları da var.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR