İnsanlara hürriyət, millətlərə istiqlal!

Baxçalıdan Qarabağ və Kiprlə bağlı ÖNƏMLİ MESAJ

Partiyasının qrup toplantısında çıxış edən MHP lideri Dövlət Baxçalı Qarabağ və  Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə bağlı önəmli mesajlar verib.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Baxçalı bildirib ki, 3 Noyabr 2023-cü ildə Qazaxıstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) toplantısında ŞKTC-nin müşahidəçi ölkə kimi iştirak etməsi Kipr türklüyünün tanınması üçün əhəmiyyətlidir.

"Artıq ŞKTC deməyə ehtiyac yoxdur, Kıbrıs dövləti demək lazımdır", - deyə siyasətçi bildirib.

Qeyd edək ki, MHP sədri Qarabağla bağlı mesajlar verib:

"Azərbaycanın həyata keçirtdiyi antiterror tədbirlərində şəhid olanlara rəhmət diləyirəm. Azərbaycana və millətimizə başsağlığı verirəm. Qarabağ türkdür, türk millətinindir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR