İnsanlara hürriyət, millətlərə istiqlal!

BAŞLANDI! Rusiya miqrantları ölkədən ÇIXARIR, Putinin ƏMRİ işə düşdü – analitiklə CANLI

Rusiyaya başqa qitədən işçi qüvvəsi göndərilə bilər.

Publika.az TASS-a istinadla xəbər verir ki, Rusiyada tikinti sənayesi yüksəliş dövrünü yaşayır və yeni işçilərə ehtiyac var. Miqrantlar üçün qanunvericilik sərtləşir, lakin insan resurslarına ehtiyac aradan qalxmayıb.

Mərkəzi Asiyadan olan (Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan) miqrantların əvəzinə Zimbabvedən olan işçilər Rusiyaya gələ bilər. Bu barədə yerli “The Herald” qəzeti respublikanın milli mənzil və sosial xidmətlər naziri Soda Zemu ilə Rusiya Federasiyasının tikinti və mənzil-kommunal təsərrüfat nazirinin müavini Nikita Stasişinin görüşündən sonra məlumat verib.

Zimbabve də Rusiyanın malik olduğu irimiqyaslı mənzil tikintisi təcrübəsini mənimsəməkdə maraqlıdır. Söhbət ilk növbədə sosial mənzillərdən gedir.

Xatırladaq ki, Rusiyada son altı ayda miqrantlarla bağlı qanunvericilik tədricən sərtləşdirilib. İddia edilir ki, miqrantların iştirakı ilə baş verən hadisələrin sayının artması səlahiyyətliləri hərəkətə keçməyə vadar edir.

Belə ki, bundan sonra əcnəbilər ölkəyə gəldikdən sonra bütün biometrik məlumatları bazaya daxil ediləcək. Qeyri-leqal miqrasiyaya görə məsuliyyət xeyli sərtləşdirilib və demək olar ki, hər gün qeyri-leqal immiqrantlar Rusiyanı çox vaxt ailələri ilə birlikdə tərk edirlər. Çox vaxt insanlar Rusiya vətəndaşlığının və yaşayış icazəsinin təmin etdiyi sosial müavinətlər üçün bütün ailələrini buraya gətirirlər.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində siyasi şərhçi Əli Mustafa ilə müzakirə edəcəyik.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 https://www.youtube.com/@musavattv

https://www.facebook.com/tvmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR