İnsanlara hürriyət, millətlərə istiqlal!

BAŞLANDI! İran Amerika bazasına HÜCUM etdi, Tehranda məşhur türmə VURULDU

İran ABŞ hərbi bazalarını hədəfə ala biləcəyi ehtimalını istisna etməyib. İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə “Al Jazeera” kanalına verdiyi müsahibədə, ölkəsinin ABŞ-ə cavab verməyə tam haqqı olduğunu bəyan edib.

Məsələ ilə bağlı sual verildikdə, diplomat ABŞ hərbi bazalarına mümkün hücum ehtimalını danmayıb. “İran amerikalılara necə, nə vaxt və nə səviyyədə cavab verəcəyinə qərar verəcək”- Xətibzadə vurğulayıb.

İran ABŞ-ın Suriyanın Haseke vilayətindəki hərbi bazasına hücum edib. CGTN məlumat yayıb.

“Mehr” mənbələrə istinadla yazıb ki, Suriyanın Haseke vilayətinin qərbində yerləşən Qəsrək bölgəsindəki Amerika hərbi bazası hədəf alınıb.

İsrail Tehrandakı Evin həbsxanasına hücum edib. İsrail ordusunun Tehrana zərbələri nəticəsində SEPAH-ın xeyli sayda hərbçisi öldürülüb.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi ekspert Polad Mehdiyevlə müzakirə edir.

https://www.facebook.com/tvmusavat


https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR