İnsanlara hürriyət, millətlərə istiqlal!

Başına dəstə yığıb atasını tamah məqsədilə öldürmək istədi

Atasını tamah məqsədilə öldürmək istəyən oğulun məhkəmə prosesi başlayır.

Cinayət Məcəlləsinin 28, 120-ci maddəsinin bir neçə bəndi ilə təqsirli bilinən dəstənin məhkəmə prosesinin hazırlıq iclası oktyabrın 23-də hakim Novruz Kərimovun sədrliyi ilə keçiriləcək. Cinayət işində üç nəfər - Fəqan Xələf oğlu Fərəcov, İlkin Yavər oğlu Hüseynov və Fariz Eldar oğlu İsmayılov təqsirləndirilən şəxs, iki nəfər - Xələf Gülmalı oğlu Fərəcov və Zamiq Elxan oğlu Sadıqov isə zərərçəkən şəxs qismində tanınıb.

Hadisənin baş verməsinə gəlincə, 2024-cü ilin yanvar ayında Fəqan Fərəcovun İmişli rayonunda yaşayan atasının qəsdən öldürülməsini tanışı İlkin Hüseynova sifariş verməsi, İlkin Hüseynovun isə cinayəti icra etmək üçün qabaqcadan əlbir olduğu Fariz İsmayılovla birlikdə İmişli rayonuna getməsi, lakin öz iradələrindən asılı olmayan səbəblərdən törədilməsinə hazırlıq gördükləri sifarişlə qəsdən adam öldürmə cinayətini başa çatdıra bilməmələrinə əsaslı şübhələr müəyyən edilib. vakansiyalar

Baş Prokurorluğun İstintaq idarəsində istintaqı aparılan iş üzrə toplanmış sübutlar əsasında Fəqan Fərəcov Cinayət Məcəlləsinin 32.3 (cinayətin təşkilatçısı), 28, 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə hazırlıq), 32.3, 28, 120.2.5 (sifarişlə adam öldürməyə hazırlıq) və digər maddələri, İlkin Hüseynov və Fariz İsmayılov isə həmin məcəllənin 28, 120.2.1, 28, 120.2.5 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində müstəntiqin vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib./Unikal

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR