İnsanlara hürriyət, millətlərə istiqlal!

Başına 10 min pul qoyuldu, oğlu Xocalıda şəhid oldu – Generalın qan qardaşı haqda SENSASİON FAKTLAR

İLK YAYIM SAATI: 2 fevral, 21:16

Prezident Emmanuel Makronun dillərdə dastan erməni sevgisi çiçəkləndiyi, Fransanın kiçik bacısı yolunda saysız qurbanlar verdiyi, “bacı-bacı oyunu”nun pik həddə çatdığı, bu dəfə Almaniyanın əli ilə Azərbaycana qarşı hərəkətə keçdiyi bir zamanda Fransanın milli qəhrəmanı, Şəkinin Oxud kəndindən olan Əhmədiyyə Cəbrayılovu yada salmağın əsl məqamıdır.

AXMED .png (284 KB)

O Cəbrayılov ki, İkinci Dünya müharibəsi illərində Fransa Müqavimət Hərəkatının iştirakçısı olub, “Armed Mişel”, “Ryus Armed”, “Хаrqo” və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. Əfsanəvi partizan Fransanın azadlığı uğrunda savaşda Şarl de Qollun səsinə səs verib, onunla çiyin-çiyinə vuruşub, qanı qanına birləşib, sözün əsl mənasında qan qardaşı olublar. SSRİ rəhbərləri ilə məclislərin birində azərbaycanlıların şərəfinə badə qaldıran Qoll məhz Əhmədiyyə Cəbrayılova görə Fransa ilə SSRİ-nin yaxınlaşmasına qərar verdiyini etiraf edib. 5-ci Fransa Respublikasının qurucusu Cəbrayılovu - dar günün dostunu lazımınca dəyərləndirməyi bacarıb ki, bu da ər kişiyə xas bir xüsusiyyətdir.

KULİS .png (343 KB)

Acını çəkən bilər deyirlər, amma Fransa bu deyimi ən azından Makronun kresloya oturması ilə - 14 may 2017-ci ildən tarixin dərinliyinə yuvarlayıb, ya da qulaqardına vurub. İdarəçiliyi geylərə ötürən Emmanuel Makron deyəsən, yalnız bir rəng görür. Qara günə yuvarlandırılan xalqların acısına yuxarıdan baxır.

Ermənilərlə oturub-duran Makron yalnız onlara işləyir. Torpağının bütövlüyü uğrunda qan tökən azərbaycanlı qəhrəmanın tarixçəsinə göz yumur, özünü korluğa vurur. Vaxtilə çox qısa zaman kəsiyində düşmən hücumuna tab gətirə bilməyib imdad diləyən Fransa torpaqları 30 il işğal altında qalan bir ölkəyə - Azərbaycana üz çevirdi, onun haqq səsini eşitməzdən gəldi, Cənubi Qafqazda at oynatmaq yolunda meydana çıxdı - əzəli bacısı ilə.

Bəlkə də məhz Şəkinin Oxud kəndindən olan Azərbaycan əsgəri erməni sevdalısı 46 yaşlı Makronu öz dövlətinin 84 il əvvəl yaşadıqlarına götürə bilər. Bəlkə bu dəfə tarixi faktlar qarşısında Fransa prezidentinin üzü qızarar. Ya da olmayan vicdanı oyanıb, Fransanın işğaldan azad edilməsində bir Azərbaycan oğlunun sərgilədiyi qəhrəmanlıq haqda kiçik araşdırma edər.

Əhmədiyyə Cəbrayılov 1944-cü ilin 20 avqustunda general Şarl de Qolla işğaldan azad edilmiş Parisdə görüşüb. 28 avqustda isə Əhmədiyyə Montobanda yaradılan 3-cü briqadaya daxil olaraq Vozj və Elzasdakı döyüşlərdə iştirak edib.

PARTİZAN.jpg (98 KB)

Əhmədiyyə Cəbrayılov solda oturub

Başına 10 min alman markası mükafat təyin edilən Əhmədiyyə Cəbrayılov bir sıra tapşırıqlarla yanaşı, dəmir yol xətlərini partladaraq düşmənin minlərlə fransızı Almaniyadakı həbs düşərgələrində apararaq işlətmələrinə mane olub. Həbs düşərgəsinə aparılan 500-ə yaxın fransız uşağı xilas edən zaman yaralandığı və alman zabiti formasında olduğu üçün bir müddət alman hərbi hospitalında müalicə alıb. Müalicəsi bitdikdən sonra Albi şəhərinə hərbi komendant təyin olunub. Bir müddət alman zabiti kimliyində partizanlara çox əhəmiyyətli məlumatlar ötürüb. Daha sonra bütün komendatura zabitlərini əsir götürərək partizanlara təhvil verib. O, körpüləri sıradan çıxarıb, alman anbarlarını və faşist zabitlərinin yaşadıqları evləri yandırıb. Cəbrayılovun başçılığı altında Lion şəhərinin mərkəzində düşmən tankları yandırılıb. Müvəffəqiyyətlə aparılan təhlükəli əməliyyatların müqabilində Fransa Kommunist Partiyasının baş katibi Moris Torez ona tapança bağışlayıb.

1946-cı ildə Əhmədiyyə qərara gəlib ki, vətəninə qayıtsın. Fransa Əhmədiyyə Cəbrayılovun hərbi şücaətlərini layiqincə qiymətləndirib və o, ölkənin medal və ordenləri ilə, o cümlədən şəxsi igidliyə görə “hərbi medal”la (sıravi əsgərə hərbi paradda generaldan irəlidə addımlamaq hüququ verən medal) təltif olunub.

DOGİM.jpeg (53 KB)

Əhmədiyyə Cəbrayılov Fransanın 8 hərbi mükafatı ilə təltif olunub:

• Hərbi medal

• Hərbi xaçı (ev-muzeyində saxlanılır)

• Könüllü hərbi xidmət xaçı (ev-muzeyində saxlanılır)

• Müharibədə yaralanma medalı (ev-muzeyində saxlanılır)

• Döyüşçü xaçı (ev-muzeyində saxlanılır)

• 1914-1918 müharibəsi yadigar medalı

• Könüllülər cəmiyyəti medalı (ev-muzeyində saxlanılır)

• Milli tanınma medalı (ev-muzeyində saxlanılır)

FRANSA MUK.JPG (372 KB)

25 noyabr 1946-cı ildə Əhmədiyyə Şarl de Qollun köməyi ilə SSRİ-yə qayıdıb.

1966-cı ildə Fransa prezidenti Şarl de Qoll SSRİ-yə səfəri zamanı Əhmədiyyə Cəbrayılovu görmək istədiyini bildirib və o, Moskvaya çağırılıb.

1972, 1975, 1982-ci illərdə Əhmədiyyə Cəbrayılova döyüşlərdə iştirak etdiyi yerləri gəzməyə icazə verilib. O, Montoban, Rodez, Tuluza, Albi şəhərlərinə gedib, həmçinin Paris, Bordo, Strasburq, Lion, Dijon və Marseldə olub, keçmiş döyüş yoldaşları ilə görüşüb. 1975-ci ildəki səfəri zamanı Fransa Senatında senator Jak Düklo tərəfindən qəbul edilib və ona bu görüşdən xatirə medalı təqdim edilib.

CEBRAYİL .png (255 KB)

1976-cı ildə müharibədəki iştirakına görə “Oktyabr inqilabı” ordeni ilə təltif olunub.

1990-cı ildə Şarl de Qollun anadan olmasının 100 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etmək üçün Parisə dəvət olunub. 1994-cü il 6 yanvarda “Front National” milli hərəkat məmuru Rene Rassel Əhmədiyyə Cəbrayılova Fransa Müqavimət Hərəkatında iştirakını təsdiqləyən sənədi təqdim edib.

MUQA.jpg (121 KB)

Əhmədiyyə Cəbrayılov 10 oktyabr 1994-cü ildə Şəkidə yol qəzası zamanı həlak olub. O, Oxud kənd qəbiristanlığında dəfn edilib.

Əhmədiyyə Cəbrayılovun oğlu Mikayıl Cəbrayılov isə Qarabağın işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edib, 15 dekabr 1990-cı ildə Xocalıda şəhid olub. Azərbaycanın Milli Qəhrəmanı Şəki rayonunun Oxud kəndində dəfn edilib.

MİKAYİL.jpg (71 KB)

Öz qəhrəmanları, ZƏFƏRİ ilə dünyaya meydan oxuyan Azərbaycanın bu gündən sonra “haqq-ədalət carçıları”na ehtiyacı yoxdur. 

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR