İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş Prokurorluqda yüksək vəzifələrə- Yeni təyinatlar

Baş Prokurorluqda kadr islahatı olub.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Mürvət Həsənov Sumqayıt şəhər prokuroru təyin olunub.

O, bundan əvvəl Bakı şəhər prokurorunun müavini vəzifəsində çalışırdı.

K.Əliyevin digər əmri ilə Mahir Abbasov Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi təyin edilib.

Eyni zamanda, Saleh Hacıyev Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyin edilib.

Baş Prokurorluğun Mətbuat Xidməti Oxu.Az-a məlumatları təsdiqləyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR