İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazir: “Bu gün saat 9-dək təxliyə olunanların sayı 9 min 246 nəfərdir”

“Qonşu ölkələrdə cərəyan edən hadisələr Azərbaycana təsirsiz ötüşmür. Ukraynada yaşayan soydaşlarımızın təxliyəsi diqqətimizdədir. Cənab prezidentin tapşırığı ilə bütün qurumlar bu prosesə cəlb olunub və çətinliklərə baxmayaraq, zəruri həyata keçirilir”.

Baş nazir Əli Əsədov bu fikirləri Milli Məclisdəki çıxışında söylədi. Hökumət başçısı azərbaycanlıların təxliyəsinin davam etdiyini bildirdi: “Bu gün saat 9-dək təxliyə olunanların sayı 9 min 246 nəfərdir. Proses davam edir”. Ukraynadakı hadisələr səbəbindən nəqliyyat logistika, qiymət artımı və müxtəlif qadağalarla bağlı problemlərin olduğunu deyən

Baş nazir qeyd etdi ki, Prezidentin tapşırığına əsasən, bu istiqamətdə qabaqlayıcı tədbirlər görülür: “Ərzaq məhsulları ilə bağlı lazımi ehtiyatlar yaradılıb və əlavə ehtiyatla əlaqədar bütün tədbirlər görülür”.

Ə.Əsədov dedi ki, Ukraynada baş verənlər səbəbindən yaranmış maliyyə problemlərinə rəğmən, Azərbaycanın bank və maliyyə sektorunda sabitlikdir, hər hansı problem yoxdur: “Bizim valyuta ehtiyatlarımız kifayət qədərdir”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR