İnsanlara hürriyət, millətlərə istiqlal!

“Barselona”nın futbolçusu öz evində hücuma məruz qaldı, qarət edildi

“Barselona”nın hücumçusu Pyer-Emerik Obameyanq qarət edilib.

Polisdəki mənbənin verdiyi məlumata görə, insident futbolçunun evində baş verib.

Dörd nəfər naməlum şəxs futbolçunun evinə girib və Obameyanqı döyüb. Həmçinin onların futbolçunu və həyat yoldaşını odlu silahla hədələdikləri iddia olunur.

Hücum edənlər seyfi açıb oradan qızıl-zinət əşyalarını götürüblər. Daha sonra maşına minib qaçıblar.

Polis hadisəni törədənləri axtarır.

Mənbə: Sports.ru

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR