Onlayn ictimai-siyasi qəzet
İspaniyanın "Barselona" klubu Almaniya təmsilçisi "Bavariya"da çıxış edən Yozua Kimmixlə danışıqlar aparır.
Bu barədə "El Nacional" nəşri məlumat yayıb.
Kataloniya təmsilçisinin idman direktoru Deku 29 yaşlı alman yarımmüdafiəçi ilə tezliklə anlaşmaq niyyətindədir.
Qeyd edək ki, Yozua Kimmixin Münhen klubu ilə müqaviləsinin müddəti yayda başa çatacaq. O, cari mövsüm bütün turnirlərdə 29 oyun keçirib, 1 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.\\report.az
29 Yanvar 2025
28 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ