Onlayn ictimai-siyasi qəzet
Çapacaq və dəmir çubuqlarla silahlanmış və La-Manş boğazı ilə Fransadan Böyük Britaniyaya getmək niyyətində olan 60 nəfərlik miqrantlar dəstəsi Fransanın şimal-qərbində yerləşən Tardinqan kommunasında üç ovçuya hücum edib.
Musavat.com xəbər verir ki, bu barədə “France 3 Régions” regional telekanalı məlumat yayıb.
Onun məlumatına görə, hadisə bazar günü gecə saatlarında üç fransız ovçu onlardan birinin üç yaşlı oğlu ilə birlikdə boğaz sahilindəki daxmada gizlənərkən baş verib. Bir az sonra daxmaya qəzəbli miqrantlar yaxınlaşıb. Yerli polis onların La-Manş boğazını keçməsinə mane olubmiş. Miqrantlar ovçuların bu məsələ ilə bağlı polisə müraciət etdiklərini düşünərək, onların sığınacağına hücum ediblər.
Miqrantlar ovçuların maşınının şüşəsini sındırıblar, daxmada barrikada qurmuş ovçuların əşyalarını oğurlayıblar. Onların bəziləri çapacaq və dəmir çubuqlarla silahlanmış olublar. Hücum edənlərdən biri hətta ovçular tərəfindən tutulan ördəyin başını kəsib.
Ovçular səhərə qədər özlərini müdafiə ediblər. Sonra jandarmlar hadisə yerinə gəlib və onları xilas edə biliblər. Portalın materialında daha sonra aqressiv miqrantların başına gələnlər barədə məlumat verilmir.
Milli Ovçular Federasiyasının rəhbəri Villi Şrayen kanala deyib: "Ovçuların və ya digər insanların başına faciə gələnə qədər miqrasiya axınlarının qarşısını almaq üçün təcili həll yolları tapmaq lazımdır".
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ