İnsanlara hürriyət, millətlərə istiqlal!

Barda azərbaycanlılarla yerlilər arasında KÜTLƏVİ DAVA

Rusiyanın Sankt-Peterburq şəhərinin Şuşarı qəsəbəsindəki barın yaxınlığında kütləvi dava olub.

Davadan polis xuliqanlıq və qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddələri ilə cinayət işi açıb.

Münaqişə Novqorodskaya küçəsində baş verib. Dava nəticəsində 43 yaşlı yerli sakin qarnından bıçaqlanıb və o, ağır vəziyyətdə Canelidze adına Elmi-Tədqiqat İnstitutuna aparılıb. Polis iki qrupun barda mübahisə etdiyini, mübahisənin davaya çevrildiyini və küçəyə sıçradığını müəyyən edib.

7 Azərbaycan vətəndaşı şöbəyə aparılıb. Onların arasında 23 yaşlı A. Əliyev qarşı tərəfdən 43 yaşlı kişini bıçaqlayıb. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.

Polis münaqişənin bütün şəraitini və iştirakçılarını müəyyənləşdirir.//Lent.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR