Onlayn ictimai-siyasi qəzet
Mən işdən sonra Ermənistan hökumətinin binasında qalmağa davam edəcəyəm.
Musavat.com bildirir ki, bunu “Vətən naminə” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan deyib.
“Saat 18:00-da işlərini bitirənlər gəlsinlər, bizə qoşulsunlar ki, biz daha çox olaq, özləri ilə güc və ilham gətirsinlər”, - Qalstanyan çağırış edib.
Arxiyepiskop iddia edib ki, onlar Ermənistanın baş nazirinin Hökumət binasını tərk etməsinə mane olacaqlar. Etirazçılar onunla görüş tələb edirlər.
Xatırladaq ki, səhər saatlarından etirazçılar Nazirlər Kabinetinin binasına girişləri bağlamışdılar.
Ancaq son anda məlum olub ki, Baqratın başı “mələk” axçiyə qarışdığı zaman Paşinyan gizli yolla binanı tərk edib.
Musavat.com
20 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ