İnsanlara hürriyət, millətlərə istiqlal!

Baqrat korrupsiyada ittiham olundu

İşgəncədən, həbsdən, hətta ölümdən də qorxmuram.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu gurultulu sözlər təxribatçı keşiş Baqrat Qalstanyanın iyunun 19-da keçirdiyi mətbuat konfransında səslənib.

Qalstanyan son zamanlarda haqqında xeyriyyəçilik bəhanəsi ilə başqa fəaliyyətlə (korrupsiya) məşğul olmasına dair xəbərlərə münasibət bildirib.

“Mənə məlumat gəldi ki, onlar nəyisə öyrənirlər. Getaovitdə 2020-ci ildə böyük, tamamilə dağıdılmış ərazi var idi, biz xərçəngli uşaqlar üçün mənəvi reabilitasiya mərkəzinin tikintisinə başladıq. Vəsait ayrıldı, mərkəz tikildi, açılışı oldu. 660 min avro transfer edilib. Biz nəinki pulu israf etmədik, hətta bütün tikintini başa çatdırmaq üçün bu məbləğə bir neçə yüz min əlavə etdik. Həmin vaxt məzənnədə kəskin dəyişiklik olduğundan dəhşətli itkilər verdik. Mərkəzin özü pulsuzdur”, - deyə Qalstanyan haqqında çıxan xəbərlərə bu sözlərlə reaksiya verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR