İnsanlara hürriyət, millətlərə istiqlal!

“Baqrat çöldə uzun müddət avaralanacaq” - Alen Simonyan

Ermənistan parlamentinin sədri Alen Simonyan ölkə müxalifətinə təşəkkür edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, yerli parlamentin iclasında bildirib.

“Bugünkü müxalifət Tanrının bir hədiyyəsidir, mən belə müxalifətə varlığına, gördüyü işlərə görə minnətdaram”, - deyə Alen Simonyan qeyd edib.

Jurnalistin: “Bəlkə bu müxalifəti də siz kəşf etmisiniz” sualına Simonyan belə cavab verib: “Hər halda demək istəyirsiniz ki, Robert Köçəryan və Serj Sərkisyanı da biz uydurmuşuq”.

“Bəs keşiş Baqrat”? - deyə yerli jurnalistlər soruşublar.

“Burada baş verən hər şeydən həzz alıram. Baqrat çöldə qalıb və uzun müddət avaralanacaq. Bunun necə bitəcəyini bilmirəm, amma çox xoşuma gəlir”, - deyə Alen Simonyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR