Onlayn ictimai-siyasi qəzet
Ermənistan Milli Təhlükəsizlik Xidməti arxiyepiskop Baqrat Qalstanyanın agent olması ilə bağlı məlumatları rəsmən təkzib edib.
Musavat.com xəbər verir ki, bu barədə “Sputnik-Armenia” məlumat yayıb.
Qeyd olunub ki, hökumətyönlü “Civic” nəşrinin jurnalisti David Levonyanın “Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyanın Kremldən milyonlarla dollar alan FTX agenti olması ilə bağlı açıqlamaları araşdırılıb.
Bildirilib ki, keşişin maliyyə almasına dair heç bir sübut tapılmayıb.
Ermənistan Baş Prokurorluğundan "Pastinfo"ya verilən məlumata görə, bu ifadəni təsdiqləyən heç bir sübut yoxdur, lakin Levonyanın açıqlanması ilə bağlı da cinayət işi açılmayıb.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ