İnsanlara hürriyət, millətlərə istiqlal!

Baqdasaryandan TƏCİLİ: Ruslar Zəngəzura girəcək - Hərbi analitiklə CANLI

Azərbaycan, Türkiyə və Rusiyanın Zəngəzur dəhlizinin açılması ilə bağlı ortaq maraqları var. Musavat.com xəbər verir ki, erməni politoloq Armen Baqdasaryan deyib.

“Azərbaycan və Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı maraqları üst-üstə düşür. Amma dəhlizə ruslar nəzarət etmək istəyirlər, Azərbaycan və Türkiyə də nəzarətin onlarda olmasına təkid edir”, - ekspert bildirib. Bununla belə, Baqdasaryan Rusiyanın Türkiyə-Azərbaycan alyansı ilə ortaq dilə tapa biləcəyini də söyləyib.

Erməni politoloq hansısa məqamda İran Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanla da anlaşacağını iddia edir: “İran ətrafında halqa daralsa və seçim qarşısında qalacaqsa, böyük ehtimalla kiçik maraqlarını, yəni Ermənistanla sərhədləri qurban vermək bahasına belə, Türkiyə və Azərbaycanla münasibətlərini tənzimləməyə üstünlük verəcək.

Belə bir şey ola bilər, onu da istisna etmək olmaz. Əgər İran bunu alternativ kimi qəbul etsə və buradakı yollara Qərb nəzarət edəcəksə, yaxud Ermənistan qərbyönlü ölkəyə çevriləcəksə, əlbəttə, İran bu ərazilərin Qərb yox, Rusiyanın nəzarətində olmasına üstünlük verər”.

TVMusavat-ın saat 15:00-da canlı yayımlanan “Həftə içi” proqramında aparıcı Emil Salamoğlu gündəmin əsas məlumatları ilə sizi tanış edir.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR