İnsanlara hürriyət, millətlərə istiqlal!

Banqladeşdə hindli qətliamı: Uşaqlar öldürülür, məbədlər yandırılır... - VİDEO

Banqladeşdə Şeyx Hasina hökuməti devriləndən sonra hindlilərə qarşı vəhşiliklər başlayıb.

Oxu.Az-ın verdiyi məlumata görə, sosial şəbəkələrədə bununla bağlı dəhşətli görüntülər paylaşılır.

Müxtəlif mənbələrin sözlərinə görə, 1000-dən çox insan öldürülüb.

"Cəmaat-i İslami terrorçuları hindli qadınları zorlayır və oğurlayır. Onlar hindlilərin evlərini, hətta kişi, qadın və uşaqları yandırırlar. Bu, həqiqətən də Banqladeşdəki hindlilər üçün çox pis bir dövrdür", - deyə istifadəçilərdən biri paylaşdığı qorxunc görüntüyə şərh yazıb.

Məlumata görə, bir çox yerlərdə məbədlər də vandalizm aktlarına məruz qalıb.

"The Economic Times"ın məlumatına görə, təkcə bazar günü hindlilərin evləri və məbədləri, o cümlədən "Iskcon" (Beynəlxalq Krişna Şüuru Cəmiyyəti) və Kali məbədlərinə edilən hücumda 100 nəfər ölüb.

Bildirilir ki, hindli icmalarına hücumların səbəbi yerli torpaq məsələsi ilə bağlı mübahisə olub. Eyni zamanda, hücum edənlərin icmalararası gərginliyi qızışdırmağa çalışan ekstremist qruplarla əlaqəli olduğu iddia edilir.

Xatırladaq ki, Bangladeşdə etirazlar iyun ayında başlayıb. Tələbələr dövlət vəzifələri üçün kvotaların ləğvini tələb ediblər. Avqustun 4-də iğtişaşlar kəskin şəkildə güclənib. Hökumət ölkədə komendant saatı tətbiq edib. Lakin kütləni sakitləşdirmək mümkün olmayıb. Avqustun 5-də Banqladeşin Baş naziri Şeyx Hasina istefa verib və Hindistana qaçıb. O, Britaniyadan sığınacaq almaq istəyir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR