İnsanlara hürriyət, millətlərə istiqlal!

Banqladeşdə hakim partiyanın 29 üzvü öldürülüb

Banqladeşin istefa verən və Hindistana qaçan baş naziri Şeyx Hasinanın “Avami Liqası” partiyasının 29 üzvünün respublikanın müxtəlif şəhərlərində meyidi tapılıb.

Musavat.com xəbər verir ki, bu barədə “Dhaka Tribune” qəzeti məlumat yayıb.

“Avami Liqası”nın 10 tərəfdarı Şeyx Hasinanın baş nazirlikdən istefa verməsi və ölkəni tərk etməsi xəbərindən sonra çərşənbə axşamı Satxira şəhərindəki hücumlarda öldürülüb. Partiyanın liderlərinə və fəallarına məxsus evlər və iş yerləri vandalizmə məruz qalıb və talan edilib.

Kumilla şəhərində keçmiş baş nazirin partiyasının 11 üzvü etirazçı kütlənin hücumu nəticəsində həlak olub. Hücumçuların “Avami Liqası”nın rayon şöbəsinin keçmiş məsləhətçisinin üç mərtəbəli evini yandırması nəticəsində daha 6 nəfər ölüb.

Ölənlər arasında partiya fəallarının ailə üzvləri, o cümlədən uşaqlar da var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR