Onlayn ictimai-siyasi qəzet
Dekabrın 10-da və 19-da Bakı sakininin bank kartlarından hesablarındakı 20 000 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.
Musavat.com DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, keçirilən tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 2003-cü il təvəllüdlü R.Xankişiyev müəyyən olunaraq saxlanılıb.
Naxçıvanda da oxşar hadisə baş verib. Babək Rayon Polis Şöbəsinin keçirdiyi tədbirlərlə dekabrın 15-də rayon sakininin bank kartından hesabındakı 1800 manat pulunu oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilib. Nehrəm qəsəbə sakini 1995-ci il təvəllüdlü B.Mehdiyev polis tərəfindən saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ