İnsanlara hürriyət, millətlərə istiqlal!

"Balalarını atıb gedən insanla barışmaq olar?" - VİDEO

Əməkdar artist Mətanət İsgəndərli keçmiş gəlini Canana haqqında qalmaqallı açıqlama verib.

Musavat.com axşam.az-a istinadən bildirir ki, müğənni bu haqda "Yaxşıya doğru" proqramında qonaq olarkən danışıb. O, Canananı tənqid edərək, onu övladlarını atmaqda günahlandırıb:

"Onunla həyatı boyu barışmaram. Balalarını atıb gedən insanla barışmaq olar? Yazırlar ki, "gəlini". Nə gəlin? Onda nə gəlin olar, nə gəlin olacaq. Bir insan ki, balasını atıb gedə, o, insan deyil. Heyvan belə balasını atmır. Boşanmısan, çıx get. Kərim ailə qurub, övladı olub. Oğlum içki içmir, siqaret çəkmir, ölür ailə üçün. Ayrılanda dedi ki, ana, məni evləndir. Kərim bir qızla danışırsa, onu aldatmaz, ancaq evlənəcək. Şükürlər olsun ki, indi mənim gül kimi gəlinim var. Arada uşaqlara görə onunla (Canana - red.) danışıram. O, uşaq hayında deyil".

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ilin oktyabrında rəsmi olaraq boşanıb. Üç uşaq anadan alınaraq ataya verilmişdi. Canana daha sonra apellyasiya məhkəməsinə müraciət edərək övladlarının qəyumluğunu atadan alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR