Onlayn ictimai-siyasi qəzet
“Virusun kəskin dövrü var və ilk 5-6 gün kəskin dövr sayılır”.
Musavat.com “Report”a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev deyib.
O bildirib ki, bu müddət bitəndən sonra insanda baş, göz, qulaq ağrısı varsa, bu, bakterial ağrı sayılır: “Bu zaman həkimə müraciət etmək və müalicə almaq lazımdır”.
Ə.Quliyev son zamanlar uşaqlar arasında geniş yayılmış dodaqların quruyub-çatlaması halına da aydınlıq gətirib. Pediatr söyləyib ki, bu, kəskin hava dəyişikliyi ilə əlaqədardır.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti bildirib ki, həmçinin uşaqların dil ilə dodaqlarını quruması yüksək temperatur zamanı ola bilər: “Bu zaman valideynlər uşaqların dodaqlarına rəngsiz nəmləndirici dodaq boyası çəksinlər”.
20 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ