İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıya gələn erməniəsilli müğənni – Bilet qiymətləri rekord həddə

Erməniəsilli müğənni Aleksey Çumakov aprelin 20-də paytaxtda konsert verməyə hazırlaşır.

Musavat.com bildirir ki, bilet qiymətləri sadə vətəndaşlar üçün əlçatmazdır – 49 manatdan başlayaraq 599 manata qədər yüksəlir.

Xatırladaq ki, Aleksey Çumakov 1981-ci ildə Özbəkistanın Səmərqənd şəhərində doğulub. Müsahibələrində dəfələrlə atasının bolqar, anasının isə Qarabağ ermənisi olduğunu bildirib. O, hər zaman erməni kimliyini vurğulamaqdan çəkinmir, mədəniyyətini, mətbəxini təbliğ edir.

Sosial media hesablarında və müsahibələrində erməni mətbəxindən, mədəniyyətindən danışan Çumakov son paylaşdığı videoda da ermənilərin kababı necə yeməsindən söz açıb. Erməni izləyiciləri isə "bizim yaraşıqlı erməni oğlan" deyə şərhlər yazıblar.

Beləliklə, Çumakov vaxtaşırı erməni mədəniyyətini ön plana çəkir, erməni irsini təbliğ edir.

İndi isə sual yaranır: Erməni kimliyini açıq-aşkar vurğulayan bu müğənni Bakıda necə qarşılanacaq?

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR