İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının sahilində gəmi batıb - YENİLƏNİB, ANBAAN VİDEO

Bakıda bulvar ərazisində gəzinti qayığının batması ilə bağlı daxil olan məlumat üzrə DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları xilasetmə tədbirlərinə cəlb ediliblər.

DİN-in mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, polis əməkdaşları batma təhlükəsinə məruz qalan şəxsləri müvafiq dövlət qurumunun əməkdaşları ilə birgə xilas ediblər.

***

Xəzər dənizində gəmi batır.  

Musavat.com xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub. 

Görüntülərdən belə başa düşülür ki, Bakının sahilindəki gəmi batmaq təhlükəsi ilə üzləşib. 

Batan gəminin içində şəxslərin olub-olmaması hələlik məlum deyil. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR