İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının məşhur xəstəxanasında QALMAQAL - Avadanlıq işləmir və ...

1 saylı Şəhər Klinik Xəstəxanası (Semaşko) zond aparatı yoxdur.

Bu barədə Ölkə.Az-a adının açıqlanmasını istəməyən vətəndaş məlumat verib. O, paytaxtda çoxsaylı insanların hər gün üz tutduğu böyük bir xəstəxanada zond aparatının işləməməsindən narazılığını ifadə edib. Vətəndaş icbari tibbi sığorta çərçivəsində ona lazım olan tibbi xidmətdən yararlana bilmədiyini deyib.

Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirib ki, xəstəxanadakı zond aləti xarab olub:

“Xəstəxanadakı zond aparatı vətəndaş müraciət edən zaman işləməyib. Artıq xəstəxanaya yeni avadanlıq sifariş verilib. Avadanlıq gələnə kimi də istənilən vətəndaş əgər Kliniki Tibbi Mərkəzə müraciət edibsə, avtomatik olaraq həmin şəxsə TƏBİB-in tabeliyindəki digər dövlət xəstəxanalarına göndəriş verilir ki, ona lazım olan xidməti icbari tibbi sığorta çərçivəsində ala bilsin”.

Qurum rəsmisi yeni avadanlığın hansı müddətdə olacağı ilə bağlı isə dəqiq tarix verməyib:

“Tibbi avadanlığın gətirilməsi bir ay və ya bir həftə çəkə bilər” ,- deyə o bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR