İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının mərkəzində motosiklet piyadaları belə vurdu - VİDEO

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxtda piyada keçidlərinin üzərində törədilmiş bəzi yol-nəqliyyat hadisələrinin görüntülərini yayıb.

Musavat.com quruma istinadən xəbər verir ki, hadisələrdən biri ötən gün axşam saatlarında Yasamal rayonu, Şəfayət Mehdiyev və Lev Landau küçələrinin kəsişməsində qeydə alınıb. Qaydalara əməl edib piyada keçidindən keçən iki şəxs motosiklet sürücüsü tərəfindən vurulub.

Digər bir analoji yol-nəqliyyat hadisəsi isə Yasamal rayonu, Nəriman Nərimanov prospektində qeydə alınıb. Ölüm və xəsarətlə nəticələnən bu tip qəzaların ilkin təhlili deməyə əsas verir ki, səbəblər eynidir. Ancaq təəssüflər olsun ki, bu səbəblərdən nəticə çıxarmadıqda piyadalar hələ də təhlükə ilə üz-üzə qalmaqda davam edirlər.

NİİM nəqliyyat vasitələrinin sürücülərinə müraciət edərək piyada keçidlərini bildirən nişanlara diqqət yetirmələrinin, keçidlərə yaxınlaşarkən sürətin azaldılmasının, axşam və gecə saatlarında piyada keçidlərinə yaxınlaşarkən daha ehtiyatlı olmalarının vacibliyini vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2025

BÜTÜN XƏBƏRLƏR