İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının keçilməz “qırmızı xətti” - Ermənistan konstitusiyası dəyişməlidir!

Rəsmi İrəvan fürsəti dəyərləndirə bilməsə, tarixi şansı  qaçıracaq və uduzacaq; ekspertlərdən ilginc açıqlamalar

Ermənistan konstitusiyasında qondarma “Dağlıq Qarabağ”ın Ermənistanın bir hissəsi olması haqda qeyd qaldıqca İrəvanla sülh sazişi imzalana bilməz.

Bunu Azərbaycan prezidenti İlham Əliyev “COP 29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda çıxışı zamanı deyib.

“Ona görə də mən onların konstitusiyasının dəyişməli olduğunu deyəndə bu, heç də təkəbbür və ya kobudluq deyil. Xeyr. Bu ilkin şərtdir. Eynilə mən hesab edirəm ki, onlar Ağrı dağı olan milli gerblərini də dəyişdirməlidirlər. Onların Ermənistanda çoxlu dağları var, qoy başqasını seçsinlər. Təbii ki, bu və bir çox başqa məsələlərdə Azərbaycanla Türkiyə arasında koordinasiya mövcuddur. Çünki ölkələrimiz qlobal miqyasda bir-birinə ən yaxın iki ölkədir. Bizi təkcə Müttəfiqlik Münasibətləri haqda Bəyannamə deyil, bir çox başqa şeylər birləşdirir, hansı ki, regional təhlükəsizlik və sabitlik üçün mühüm amildir. Mən Türkiyə-Azərbaycan birliyini nəzərdə tuturam”, - Prezident vurğulayıb.

Prezident bildirib ki, həm Azərbaycan, həm də Türkiyə belə bir oturuşmuş mövqeyə sadiqdirlər ki, hər iki proses - Türkiyə-Ermənistan yaxınlaşması və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması paralel getməlidir. “Bu, bizim də, Türkiyə prezidentinin də mövqeyidir. İdeal vəziyyət o olardı ki, gözəl bir gündə iki müqavilə imzalanaydı... İndi nə gözləyirik? Biz Ermənistan hökumətinin sözdən əmələ keçməsini gözləyirik. Biz onları əməllərinə görə mühakimə edəcəyik. Onlar başa düşməlidirlər ki, Türkiyə-Azərbaycan ittifaqı qaya kimi möhkəmdir. Onlar bunu indi də, gələcəkdə də nəzərə almalıdırlar”, - Azərbaycan lideri bildirib.

İlham Əliyev onu da deyib ki, COP29-dan əvvəl (noyabr, 2024) Azərbaycanla Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür. Dövlət başçısına görə, baza prinsipləri üzərində razılığa gəlmək, həmçinin variant hesab olunur, sonra isə müddəaların təfərrüatlarına vaxt sərf etmək olar. “Hətta sazişin layihəsi hazır ola bilər. Düşünürəm ki, bunun üçün hər iki tərəf, sadəcə ürəkdən çalışmalıdır”, - deyə Prezident diqqətə çatdırıb. Belə aydın olur ki, rəsmi İrəvan fürsəti dəyərləndirə bilməsə, tarixi şansı  qaçıracaq və uduzacaq. Dövlət başçımızın xəbərdarlığı çox şey deyir. 

Bəs Ermənistan öz konstitusiyasını nə vaxta qaydaya salmağa, beynəlxalq hüquqa uyğunlaşdırmağa başlayacaq, 2024-də bu mümkünmü?

Deputat Ceyhun Məmmədovun atası vəfat etdi

Ceyhun Məmmədov

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, bu məsələ dəfələrlə Prezident İlham Əliyev tərəfindən qaldırılıb: “Ermənistanın Konstitusiyasında bu cür müddəaların əksini tapması qəbuledilməzdir. Qarabağ Azərbaycan ərazisidir. Ağrı dağı isə Türkiyəyə məxsusdur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün Azərbaycanla Türkiyə arasında bir çox məsələlərlə bağlı geniş müzakirələr aparılır. Ermənistan bu müttəfiqliyi ciddi nəzərə almalı, hər iki dövlətlər münasibətlərini düzgün tənzimləməlidir”. Konstitusiyaya dəyişikliklə bağlı məsələyə gəldikdə, C.Məmmədov bunları söylədi: “Bir müddətdir bu məsələ Ermənistan cəmiyyətində geniş müzakirələr aparılır. Ermənistan bu dəyişikliklərə mütləq getməli və Azərbaycanın şərtlərini qəbul etməlidir. Hesab edirəm hazırda Ermənistan hökuməti bu prosesə hazırlaşır. Ola bilsin yaxın vaxtlarda bu barədə elan verilsin və artıq proses başlanılsın”. Deputat hesab edir ki, hətta bu il müsbət nəticə əldə etmək mümkündür: “Bu il olmasa, Ermənistan gələn ilin əvvəlinə kimi prosesi yekunlaşdıra bilər. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu məsələ həllini tapmadan hansısa yekun sənəd imzalana bilməz”.

Akif Nağı partiya sədri oldu » Dogruxeber.az

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı bildirdi ki, Ermənistan hələ də konstruktivlikdən uzaq mövqe sərgiləyir: “4 kəndin qaytarılması ilə bağlı Ermənistanda baş verən hadisələr, aqressiya, hikkə bir daha göstərur ki, bunlar  ”ağıllanmaq" fikrindən çox uzaqdırlar, hələ də mağara psixoligiyası ilə sürünür, reallığı düzgün  qiymətləndirə bilmirlər. Ən xarakterik hadisələrdən biri qondarma “soyqırım abidəsi”nin qarşısında baş verdi, vəhşiləşmiş sürü az qalmışdı ki, Paşinyanın arvadını, kiçik yaşlı qızını linç etsin. Bu, hamının gözü qarşısında baş verdi və Paşinyanın qanına susamış sürünü nümayiş etdirdi. Bunlar başa düşmürlər ki, Azərbaycan qanuni haqqını tələb edir və haqqını hökmən alacaq. Bu kəndlər Azərbaycana qaytarılmalıdır. Adi məntiq bunu tələb edir. Və yaxud məsələni başqa cür qoyaq, bu, kütləvi psixoz vəziyyətində olan sürü başa düşmək istəmir ki, 4 kəndin Ermənistanda qalması onlara heç nə verməyəcək. Bunlar öz aləmlərində 4 kəndi “xilas” etməyi həyatlarının mənasına çeviriblər. Paşinyan isə Ermənistanı xilas etməyə, real erməni dövlətini yaratmağa çalışır". 

A.Nağı qeyd etdi ki, bu vəziyyətdə Paşinyanın irəli getməkdən başqa yolu qalmayıb, dayansa və ya geriyə çəkilsə, onu bu vəhşiləşmiş sürü dərhal “yeyəcək”: “Məncə, Paşinyan bunu başa düşür, ona görə də sülhə doğru hərəkətini davam etdirir. Bu, onun üçün yeganə ”xilas kəməri" ola bilər. Yəni bununla Azərbaycan və Türkiyənin dəstəyini qazana, bu balaca dövlətlərini qoruyub saxlaya, özünü də xilas edə bilər. Ona görə də, yaxın vaxtlarda sülh müqaviləsinin imzalanmasına və yaxud ona doğru böyük bir addımın atılmasına şahidlik edə bilərik".

Partiya sədri vurğuladı ki, Prezident İlham Əliyev konstitusiya ilə bağlı məsələni də konkretləşdirdi: “Revanşistlər Ermənistanda belə fikir yaratmağa çalışırlar ki, Paşinyan Əliyevin diktəsi ilə konstitusiya və gerbin dəyişdirilməsinə gedir. Cənab Prezident bu tezisi də onların əlindən aldı ki, biz nəyinsə dəyişdirilməsini tələb etmirik, sadəcə, konstitusiyasında Azərbaycana ərazi, gerbində Türkiyəyə əsassız iddiasının yer aldığı bir ölkə ilə münasibətlərin normallaşdırılmasını mümkünsüz hesab edirik. Bununla prezident Paşinyana da pas ötürmüş oldu ki, vəziyyətdən çıxa, sürüyə bu mətləbi izah edə bilsin. Bütün bunlar müsbət gəlişməyə ümidləri artırır. Bir mesaj da Azərbaycan-Türkiyə monolit birliyi ilə bağlı verildi. Mesajın mahiyyəti ondan ibarətdir ki, xeyir tapmaq istəyirsinizsə, bu birliyin kölgəsinə sığının”.

Tural İsmayılov: “Baş verənlər Ermənistanın layiqli cavab almağını zəruri  edən bir hadisəyə çevrilir” | 1news.az | Xəbərlər

Tural İsmayılov

Politoloq Tural İsmayılov  bu fikirdədir ki, Ermənistanda konstitusiya dəyişikliyini təkcə revanşistlər yox, Fransa və istismarçı Qərb dairələri də istəmir: “Konstitusiya dəyişikliyi məsələsində də Ermənistan müstəqil siyasi qərarlar almaqda acizdir. Azərbaycanın razılığı alınmadan Ermənistan ərazilərində Aİ mülki missiyası adı altında Qərbin müxtəlif strukturlarını toplayan Ermənistandakı ”sorosçu" Paşinyan hakimiyyəti Qərblə əlaqələri dərinləşdirmək adı altında “ikinci Maydan” ssenarisini həyata keçirməyə çalışır. Faktiki olaraq bu gün Qərb Ermənistan ərazilərində Azərbaycan, Rusiya, Türkiyə və İran əleyhinə yeni kəşfiyyat plasdarmları formalaşdırmağa çalışır. Bütün bunların fonunda bu gün Ermənistanın yerləşdiyi geosiyasi durumu təhlil etməyən, Ermənistanın inkişafını istəməyən, Ermənistandan ancaq özünün siyasi məqsədləri üçün istifadə etmək istəyən başda Fransa və ABŞ-dakı ermənipərəst dairələr olmaq üzrə Qərb strukturları bölgəni qarışdırmaq üçün Ermənistanı yenidən qızışdırmağa çalışırlar".

Artıq Tehranda səfirliyimizin açılması gözlənilmir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında dörd kəndlə bağlı razılıq əldə edilməsi o demək deyil ki, sülh müqaviləsi tezliklə bağlanacaq: “Təbii ki, bu, ikitərəfli etimadın yaradılmasına xidmət edir. Amma, sülh müqaviləsi üçün ilk növbədə Ermənistan tərəfindən hüquqi təminat lazımdır. Bu hüquqi təminat olmadan Azərbaycan rəsmi İrəvanla sülh müqaviləsi bağladıqdan sonra belə, növbəti erməni hakimiyyəti sülh müqaviləsini konstitusiyaya ziddi hesab edərək birtərəfli şəkildə çıxa bilər. Ona görə də cənab prezident İlham Əliyev sülh müqaviləsi üçün ilkin şərt olaraq Ermənistan qanunvericiliyinin dəyişdirilməsini şərt kimi irəli sürüb. Çünki Ermənistan konstitusiyası Müstəqillik Bəyannaməsinə əsaslanır və həmin Bəyannamədə Qarabağ Ermənistanın ərazisinə şamil edilib. Odur ki, ilk növbədə Ermənistan konstitusiyası və qanunvericiliyi dəyişməlidir. Həmçinin cənab prezident İlham Əliyevin Türkiyəyə qarşı ərazi iddialarının da Azərbaycan üçün qırmızı xətt olduğunu qeyd etməsi iki qardaş ölkənin müttəfiqliyinin əbədi və  sarsılmaz olduğunu ortaya qoydu”. M.Əsədullazadə hesab edir ki, top Ermənistan tərəfindədir: “Bununla Azərbaycan Ermənistanı normal bir dövlətə çevirə bilər. İndiki qüvvədə olan konstitusiya Ermənistanı işğalçı və forpost edib. Bu qanunvericilik qonşularla düşmənçiliyi rəsmiləşdirib. Ona görə də baza prinsipləri üzərində saziş imzalansa da, sülh müqaviləsi üçün Ermənistan yayda ya payızda referendum keçirə bilər. Bunun üçün vaxt var. Əgər Nikol Paşinyan sülhün bu il bağlanmasına getmək istəyirsə, ilk olaraq referenduma getməlidir. Fikrimcə, Paşinyan da konstitusiyanın yenidən yazılmasında maraqlıdır. Hazırda sülhün gecikməsi İrəvandan asılıdır. Bu ilin axırına kimi referenduma gedib, növbəti ilin yanvar və fevral aylarında sülh müqaviləsinin bağlanması mümkün ola bilər”.

E.Paşasoy,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR